Xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.
Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.