Ukrayna Prezidenti Volodimir Zelenskinin Konqresdəki fikir ayrılıqları nəticəsində Vaşinqtonun Kiyevə dəstəyində yaranan fasiləni aradan qaldıracaqlarına inanır.
“Report” xəbər verir ki, o, bu barədə Latın Amerikası KİV-inə müsahibəsində deyib.
Zelenski ABŞ-nin Ukraynaya dəstəyinin azalmasından məyus olmadığını bildirib: “Biz çətinliklər qarşısında təslim olan insanlar deyilik. Bəziləri təşvişə düşməyə başlayır və qələbəyə inanmır. Amma biz davam etməliyik”.
Prezident xatırladıb ki, o, bu günlərdə ABŞ-yə gedəcək və həmkarı Cozef Baydenlə görüşəcək: “Çalışacağıq ki, ABŞ-nin Ukraynaya yardımındakı bu fasiləni aradan qaldıraq. Biz nəinki bunun, hər şeyin öhdəsindən gələcəyik”.