Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı nazir: "Hizbullah və HƏMAS Ukraynadan asanlıqla silah ala bilər"
İranlı nazir: "Hizbullah və HƏMAS Ukraynadan asanlıqla silah ala bilər"

"Livanın şiə təşkilatı Hizbullah və radikal Fələstinin HƏMAS hərəkatı çox çətinlik çəkmədən Ukraynadan lazım olan bütün silahları qanunsuz yolla ala bilərlər".

Bizimyol.info xəbər verir ki, bnunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdollahian deyib.

“Görürsən, əvvəllər də mən sizinlə tam səmimi olmağa çalışmışam, bu gün də olanlar barədə açıq danışacam. Biz beynəlxalq hüququ nəzərə alaraq və işğalçı (İsraili nəzərdə tutulur) ilə mübarizə kontekstində Hizbullah, Həmas və İslami Cihad-a hər cür dəstəyi verdik”, - deyə Abdollahian Doha Forumunda Tehranın bu təşkilatlara dəstəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Məndən silahı haradan ala biləcəklərini soruşsanız, onları əldə edə biləcəkləri qara bazarlardan biri də Ukraynadır. Çox asanlıqla, çox səy göstərmədən Ukraynada hər şeyi əldə edə bilərlər”, - İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib. Onun sözlərinə görə, hazırda Hizbullah və Həmas müstəqil şəkildə lazımi silahları istehsal da edə bilərlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »