Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.
Bizimyol.info xəbər verir ki, sosial mediada yayılan məlumata görə, Tayvanın cənubundakı Tainan şəhərində 20 yaşlı Xiao Yu bel ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib.
Müayinələr nəticəsində onun böyrəklərində çoxlu böyrək daşı aşkarlanıb və Yu təcili əməliyyata aparılıb. Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.
Əməliyyatın aparıldığı "Chi Mei" Xəstəxanasından verilən açıqlamada Yunun su içməyi sevmədiyi və yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Xiao Yunun yemək vərdişlərinin pis olduğunu vurğulayan "Chi Mei" Xəstəxanasının həkimləri Tayvanlılara daha sağlam qidalar istehlak etmələri və bol su içmələri barədə xəbərdarlıq ediblər.
Digər tərəfdən, "Chi Mei" Xəstəxanasının Uroloqu Lin Tsai-yang qeyd etdi ki, Tayvanda kişilərin yüzdə 14,9-u və qadınların yüzdə 4,3-ü böyrək daşı inkişaf etdirmə ehtimalı var.
Qadir, Bizimyol.info