Ukrayna Silahlı Qüvvələri (USQ) quru Dnepr çayının sol sahilində əməliyyatlarını davam etdirir, yeni mövqelər tutur, Krınki yaxınlığında rus işğalçılarına qarşı hərbi əməliyyatlar keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitiklərinin icmalında qeyd olunur.
Xəbərdə Ukrayna qüvvələrinin Xerson vilayətində, Dneprçayının sol sahilində quru əməliyyatlarını davam etdirdiyi bildirilir. Analitiklər qeyd ediblər ki, Ukrayna Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin Dnepr çayının şərq sahilində mövqelər tutması və həmin ərazidə Rusiya mövqelərinə hücumlar təşkil etməsi barədə məlumat yayıb.
Rusiya hərbi zabitləri isə Xersondan 30 km şimal-şərqdə yerləşən Krınki kəndi yaxınlığında döyüşlərin davam etdiyini bildirib və Ukraynanın bu ərazidə əməliyyatlarının davamlı, eləcə də, yüksək tempini qeyd ediblər.
Bundan əlavə, Rusiya hərbi müxbiri iddia edib ki, Ukrayna qoşunları böyük Potemkin adasında (Xersonun cənub-qərbində) yeni mövqelər ələ keçiriblər, baxmayaraq ki, MTİ faktiki olaraq Ukrayna qoşunlarının bütün adaya nəzarət etdiyini təxmin edir.
Rusiya ordusu Dnepr çayının sol sahilində, Xerson vilayətində Ukraynaya məxsus hərbi baza ilə bağlı heç nə edə bilməz. Hərbi müşahidəçi Aleksandr Kovalenko bildirib ki, təcavüzkar vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edərək ora əlavə qüvvələr köçürməyə çalışır.
Bundan əvvəl hərbi analitik İvan Stupak qeyd edib ki, ukraynalı müdafiəçilər Xerson vilayətində Dnepr çayının sol sahilində üç silahlı qüvvələrin cəmləşdiyi baza yaradıblar və işğalçıları mümkün qədər geri çəkməyə məcbur etməyə çalışırlar.
Qadir, Bizimyol.info