NASA astronavtı Frank Rubionun Beynəlxalq Kosmik Stansiyada apardığı təcrübə çərçivəsində yetişdirdiyi və keçən ay yoxa çıxdığı bildirilən pomidor aylar sonra tapılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Keçən avqustda kosmos stansiyasına gedən astronavt Jasmin Moghbeli: “Yaxın dostumuz Frank Rubio uzun müddətdir pomidor yeməkdə ittiham olunur. Ancaq biz ona bəraət qazandıra bilərik”, - deyə bildirib.
Pomidorun tapılıb-tapılmaması ilə bağlı dəqiq məlumat verilməyib.
Pomidoru yeməkdə şübhəli bilinən astronavt Rubio kosmos missiyasından Yerə qayıtdıqdan sonra etdiyi çıxışda" “Onu (pomidoru) yapışqanlı bant ilə yapışdırdığımdan əmin idim. Amma mən qayıdanda o yox olub. “Ən çox pomidor yemədiyimi sübut etmək üçün onu tapmaq istədim”, - deyə o qeyd edib.
Qadir, Bizimyol.info