Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqresmen: "ABŞ Zelenskini sülh danışıqlarına getməyə inandırmalıdır"
Konqresmen: "ABŞ Zelenskini sülh danışıqlarına getməyə inandırmalıdır"

ABŞ Konqresinin Nümayəndələr Palatasının Florida ştatından olan respublikaçı üzvü Matt Gaetz Vaşinqtonu Ukrayna prezidenti Vladimir Zelenskini sülh danışıqlarına razı salmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə deputat "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") səhifəsində yazaraq bildirib.

“Amerika Ukraynaya kifayət qədər maliyyə yardımı edib. Biz Zelenskiyə deməliyik ki, o, daha çox sülh üçün səy göstərsin”, - deyə qanunverici sosial şəbəkə hesabında yazıb.

Vaşinqton administrasiyası bazar günü bildirib ki, ABŞ prezidenti Co Bayden dekabrın 12-də Zelenskini Ağ Evə dəvət edib. Ukrayna lideri həmin gün, həm də, Konqres Senatında çıxış etməyə dəvət olunub.

Bundan əvvəl Zelenski Kiyevə yardım üçün əlavə vəsaitin ayrılması məsələsi ilə bağlı qapalı brifinqdə senatorlarla videobağlantı vasitəsilə danışmaqdan imtina edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »