İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzza zolağında dərhal atəşkəs elan edilməsini tələb edən qətnaməyə veto qoyan ABŞ-ın mövqeyini yüksək qiymətləndirib.
Bizimyol.info xəbər verir ki, hökumət başçısının sözlərinə görə, bütün dünya Vaşinqtonun haqlı olduğunu başa düşməlidir.
“Mən Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında tutduğu düzgün mövqeyi həqiqətən yüksək qiymətləndirirəm. Digər ölkələr də başa düşməlidirlər ki, bir tərəfdən HƏMAS-ın aradan qaldırılmasına dəstək vermək, digər tərəfdən isə HƏMAS-ın məhvinə mane olacaq müharibənin dayandırılmasına çağırış etmək mümkün deyil”, - deyə ofisi tərəfindən yayılan məlumatda Netanyahu qeyd edib.
“Beləliklə, İsrail HƏMAS-ı məhv etmək və qarşıya qoyduğumuz digər hərbi məqsədlərə nail olmaq üçün ədalətli müharibəsini davam etdirəcək”, - deyə baş nazir əlavə edib.
Dekabrın 8-də Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini veto qoyub. Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.
Qadir, Bizimyol.info