Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Dünyanın ədalətlə idarə edilməsi mümükündür, ABŞ olmadan"
Ərdoğan: "Dünyanın ədalətlə idarə edilməsi mümükündür, ABŞ olmadan"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

Bizimyol.info xəbər verir ki, İstanbulda İnsan Haqları Gününə həsr olunmuş forumda çıxış edərək (10 dekabr bütün dünyada qeyd olunur) BMT-də islahatlara ehtiyac olduğunu açıqlayıb.

“Təəssüf ki, atəşkəs qətnaməsi BMT-də bir daimi üzvə - ABŞ-a görə rədd edildi. Biz deyirik ki, ədalətli dünya mümkündür, amma ABŞ olduğu yerdə bu mümkün deyil. BMT-də mütləq islahatlar aparılmalıdır”, - deyə Türkiyənin dövlət başçısı qeyd edib.

Bundan əvvəl ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə etdiyi və Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini blokladığı bildirilib. Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.

Ərdoğan əvvəllər dəfələrlə bəyan edib ki, “dünya beşdən çoxdur”, yəni BMT Təhlükəsizlik Şurasında həlledici səs və veto hüququna malik yalnız beş ölkə olmamalıdır: “İndiki BMT, onun Təhlükəsizlik Şurası ilə bəşəriyyət heç bir məqsədə nail ola bilməyəcək”, deyə o, forumda bildirib və təşkilatın Təhlükəsizlik Şurasının 7 oktyabrdan sonra İsraili müdafiə edən şuraya çevrildiyini vurğulayıb. Türkiyə lideri ABŞ-ı yəhudi dövlətinin əsas müdafiəçisi adlandırıb.

Ərdoğan Türkiyənin İsraillə münaqişədə Fələstinin tərəfini tutacağını da vurğulayıb. Əvvəllər o, dəfələrlə bəyan edib ki, Fələstin-İsrail münaqişəsinin həlli üçün yeganə variant 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »