Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yəmən husiləri İsrailə gedən gəmilərə mane olacaqlarını bildiriblər
Yəmən husiləri İsrailə gedən gəmilərə mane olacaqlarını bildiriblər

"Yəmənin Ənsar Allah hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar".

Bizimyol.info xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində bildirib.

“Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq sionist varlığa (İsrailə) gedən gəmilərin keçidinin qarşısını alacaqlarını bildirir. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almasa, belə gəmilər hərbi qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək”, - deyə bəyanatda bildirilib.

Səriya həmçinin bütün gəmiçilik şirkətlərinə İsrail limanları ilə əməkdaşlıq etməmək brədə xəbərdar edib. Eyni zamanda o, bölgədəki gəmilərin İsraillə əlaqəsi olmadığı təqdirdə husilərin Qırmızı və Ərəb dənizlərində gəmiçilik üçün təhlükə yaratmadığını vurğulayıb.

Dekabrın 3-də hərəkatın sözçüsü bildirib ki, husilər Bab əl-Məndeb boğazında İsrailin "Unity Explorer" və "Nömrə 9" gəmilərinə raket və pilotsuz təyyarə ilə hücum ediblər. O iddia edir ki, gəmilər üsyançıların xəbərdarlığını rədd etdikdən sonra atəşə tutulub. Hərəkat Qəzza zolağında hərbi əməliyyatlar dayandırılana qədər Qırmızı və Ərəb dənizlərində İsrail gəmilərinə hücumları davam etdirməklə hədələyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »