Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Co Baydenin oğlu: "Onlar məni öldürməyə çalışırlar"
Co Baydenin oğlu: "Onlar məni öldürməyə çalışırlar"

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden federal prokuror tərəfindən irəli sürülən ittihamlara görə problem yaşayır.

Bizimyol.info xəbər verir ki, Hunter Bayden iştirak etdiyi televiziya proqramında ona qarşı irəli sürülən ittihamlara: “Məni öldürməyə çalışırlar”,- deyə açıqlama verib.

"Moby Pod" adlı proqrama qonaq olan Hunter Bayden "vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmək" kimi 9 ittihamın səsləndirilməsindən sonra məsələyə aydınlıq gətirməyə çalışıb.

Hunter Bayden: "Atamın bu acıya dözməyəcəyini bildikləri üçün məni öldürməyə çalışırlar. Bu yolla onu vəzifəsindən uzaqlaşdırmaq məqsədi güdürlər. Çünki ona siyasi mübarizə ilə qalib gələ birmirlər", - deyib.

Hunter Bayden edilənlərin onunla əlaqəli olmadığını başa düşdüyünü vurğulayıb: "Mən başa düşdüm ki, bu insanlar, yaşadıqları travmalar nəticəsində pis olmağa qərar verən xəstə insanlardır", - deyə o qeyd edib.

"Niyə özünü daha çox müdafiə etmədin" sualına Hunter Bayden cavab verib ki, bu, yalnız "atəşə yanacaq tökmək effekti verər": "Mən bunun sona çatacağına ümid etməyi dayandırdım, çünki atam ABŞ prezidenti olduğu müddətdə onlar dayanmayacaqlar", - deyib.

Xüsusi prokuror David Veyss tərəfindən hazırlanan ittihamnamədə Hunter Bayden 3-ü ağır cinayət, 6-sı isə “vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmə” kimi 9 cinayətlə ittiham edilib. Hunter Baydeni "2016-2019-cu illər arasında ödəməli olduğu 1,4 milyon dollar vergi ödəməməkdə" günahlandıran Veyss: "Baydenin vergilərini ödəmək əvəzinə dəbdəbəli həyat tərzinə milyonlarla dollar xərcləyib", - deyə iddia edib.

Digər tərəfdən, Ağ Ev ABŞ prezidenti Baydenin oğluna qarşı yeni ittihamları şərh etməyib. Hunter Baydenin günahı sübuta yetirilərsə, onu 17 ilə qədər həbs cəzası gözləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »