Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelena Zelenskaya: "Dünyanın kömək etməməsi, bizi ölümə tərk etməkdir"
Yelena Zelenskaya: "Dünyanın kömək etməməsi, bizi ölümə tərk etməkdir"

"Qərb ölkələri maliyyə dəstəyi verməyə davam etməsə, ukraynalılar məhv olmaq təhlükəsi ilə üz-üzədir".

Bizimyol.info xəbər verir ki, bunu "BBC"yə müsahibəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.

Söhbət ABŞ Konqresində respublikaçı senatorların Ukraynaya kömək üçün əsas qanun layihəsini bloklamasından az sonra və aylar ərzində Kiyevə ilk raket hücumundan sonra baş tutub: "Bizim həqiqətən köməyə ehtiyacımız var. Sadə dillə desək, biz bu vəziyyətdən bezə bilmərik, çünki yorulsaq, öləcəyik. Və dünya yorulsa, bizə sadəcə ölməyimizə icazə vermiş olacaqlar. Bu, bizim üçün həyat məsələsidir", - deyə Yelena Zelenskaya qeyd edib.

Ukrayna mətbuatının vürdiyi məlumata gərə, ABŞ Konqresi iki aydan çoxdur ki, Ukraynaya yeni hərbi dəstək proqramını qəbul edə bilmir. Bu həftə ABŞ Senatı yenə də yardımı təsdiq edə bilmədi. Ukraynaya dəstəyin vacibliyini vurğulayan prezident Co Baydenin çağırışlarına baxmayaraq, respublikaçılar ultimatumla Ukraynanın yox, Amerikanın daxili problemlərinin həllinə dəstək verdilər.

Ağ Ev xəbərdarlıq edir ki, Ukrayna üçün əvvəllər silah üçün ayrılmış vəsait ilin sonuna kimi tükənəcək. Əgər yeni proqram qəbul olunmasa, Amerikanın Ukraynaya silah tədarükü tamamilə dayandırılacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »