Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: "Ukraynada "Koreya" nizamlama modelini tətbiq etməyi mənasızdır"
Zaxarova: "Ukraynada "Koreya" nizamlama modelini tətbiq etməyi mənasızdır"

"Ukraynada "Koreya" modeli də daxil olmaqla, süni şəkildə tətbiq edilən münaqişənin nizamlanması cəhdləri mənasızdır, başqa həll yollarına ehtiyac var".

Bizimyol.info xəbər verir ki, bunu "AFP"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Nə qədər uğurlu görünsə də, bu və ya digər nizamlanma modelini, o cümlədən Koreyanı süni şəkildə tətbiq etmək cəhdləri eyni dərəcədə mənasızdır. Burada tamamilə fərqli həll yollarına ehtiyacımız var və ən əsası, təkrar edirəm, bu münaqişəni təhrik edənlərin sülh üçün siyasi iradəsi, onun davamlı, eləcə də, daha çox təhlükəli məcrada gərginləşməsinə aparır”, - deyə Zaxarova Ukrayna böhranının həllinin potensial variantları barədə sualı cavablandırıb.

Onun sözlərinə görə, hazırda Rusiya “nə Kiyevdə, nə də Qərbdə sülh üçün siyasi iradə” görmür. “Vladimir Zelenski tərəfindən 2022-ci il sentyabrın 30-da Rusiya rəhbərliyi ilə danışıqlara dair qanuni şəkildə rəsmiləşdirilmiş özünə qadağa tətbiq olunmağa davam edir. Kiyev son aylarda müxtəlif ölkələrin təqdim etdiyi sülh vasitəçiliyi təşəbbüslərini rədd edir. Eyni zamanda, Ukrayna prezidentinin 2022-ci ilin noyabrında təklif etdiyi qondarma sülh formulası və nizamlanmanın alternativsiz əsası kimi təqdim edilməsinin əslində sülhlə heç bir əlaqəsi yoxdur, bu, ancaq Rusiyaya qarşı hərbi əməliyyatların davam etdirilməsinə haqq qazandıran ultimatumlar toplusudur”,- deyə diplomat qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »