Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Derbi: Bu gün Beşiktaş öz meydanında Fənərbaxçanı qəbul edəcək
Derbi: Bu gün Beşiktaş öz meydanında Fənərbaxçanı qəbul edəcək

Türkiyə Super Liqasının 15-ci həftəsində "Fənərbaxça" səfərdə "Beşiktaş"la qarşılaşacaq.

Bizimyol.info xəbər verir ki, çempionluq yolunda qətiyyətli addımlar atan "Fənərbaxça" bu axşam səfərdə "Beşiktaş"ı məğlub edərək bu mövsümün ilk derbi matçında qalib gəlmək istəyir.

Həftəyə top fərqi ilə 3-cü pillədə olan "Beşiktaş" öz meydanında "Fənərbaxça"nı məğlub edərək azarkeşlərini sevindirmək istəyir. Tüpraş Stadionunda oynanılacaq derbi yerli vaxtla saat 19.00-da başlayacaq.

Qarşılaşmanı baş hakim Atilla Karaoğlan idarə edəcək. Matçın VAR hakimi Özgür Yankaya olacaq.

Beşiktaş: Mert, Onur, Necip, Colley, Umut, Chamberlain, Gedson, Salih, Rebic, Muleka, Abubakar

Fənərbaxça: Livakoviç, Osayi, Samet, Djiku, Ferdi, Krespo, Fred, İrfan, Şimanski, Tadiç, Dzeko

Liqada keçirdiyi 14 matçdan 8-də qalib gələn Beşiktaş 2-də heç-heçə edib, 4-də uduzub, 26 xal qazanıb. Qara-ağlılar top fərqinə görə 3-cü pillədədir.

Superliqanın keçirilmiş oyunlarının nəticələrinə görə 12 qələbə, bir heç-heçə və bir məğlubiyyət olan “Fənərbaxça” 37 xalla liderdir.

"Beşiktaş" derbidə "Fənərbaxça"nı məğlub edərək çempionluq yarışını davam etdirmək istəyir.

Baş məşqçi Rıza Çalımbayın vəzifəyə başlamasından sonra qara-ağlılar 3 matçda 7 xal toplayıb. “Beşiktaş” azarkeşləri önündə qalib gəlməyi və sarı-göylülər arasındakı xal fərqini 8-ə endirməyi hədəfləyir. Qara-ağlı komandanın 4 futbolçusu zədəli olduğu üçün "Fənərbaxça"ya qarşı oynaya bilməyəcək. .

Sağ dizindən zədə alan və müalicəsi davam edən Omar Kollinin durumu matç günü müəyyənləşəcək. Zədəli olan Rodriqo Bekao və Miha Zayc "Fənərbağça"nın "Beşiktaş" derbisində oynaya bilməyəcək.

"Beşiktaş" "Fənərbaxça" ilə son 7 derbidə məğlubiyyətsiz qalıb. Qara-ağlılar son məğlubiyyətini 2019-2020 mövsümündə “Fənərbağça”ya qarşı keçirib. 22 dekabr 2019-cu ildə Ülker Stadionunda keçirilən derbidə Beşiktaş 3:1 hesabı ilə məğlub olub. "Beşiktaş" 2019-cu ilin dekabrından bu yana "Fənərbağça" ilə matçlarda 3 qələbə və 4 heç-heçə edib.

Beşiktaşın yeni prezidenti seçilən Həsən Arat derbidə ilk futbol matçının həyəcanını yaşayacaq. Növbədənkənar ümumi qurultayda Serdal Adalı keçərək, ağ-qara klubun 35-ci prezidenti olan Arat bu mövqedəki ilk matç sınağına azarkeşləri önündə "Fənərbağça" ilə qarşılaşacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »