Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Adele Hudr deyib ki, Qəzza zolağı uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrilib.
Bizimyol.info xəbər verir ki, Hudr BMT internet saytında verdiyi açıqlamada İsrailin Qəzza zolağına hücumlarından sonra uşaq ölümləri və yaralananlar, həçinin, humanitar vəziyyətlə bağlı məlumat verib.
"Bir milyona yaxın uşaq zorla evlərindən çıxarıldıqdan sonra Qəzza zolağı uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrilib", - deyə Hudr bildirib.
Xəbərlərin hər gün onlarla uşağın öldüyü və yaralandığına işarə etdiyini qeyd edən Hudr, uşaqların oynadığı yerlərin dağıntı yığınına çevrildiyini bildirib.
Hudr UNICEF və digər humanitar təşkilatların həftələrdir həyəcan təbili çaldığını qeyd edərək, ərazidəki qrupların bədən üzvlərini itirmiş, ya da üçüncü dərəcəli yanıqlar keçirmiş və ya ətraflarında davam edən zorakılıq hadisələri nəticəsində travma almış uşaqlarla qarşılaşdıqlarını vurğuladı.
"Bir milyona yaxın uşaq zorla evlərindən çıxarılıb. İndi onları daha da cənuba, su, yemək və ya hər hansı müdafiəsi olmayan kiçik, izdihamlı ərazilərə göndərirlər. Bu, onları tənəffüslə yoluxucu infeksiyalar və su ilə yoluxan xəstəliklər riski altında qoyur. Onların həyatı üçün susuzluq, qidalanma və xəstəlik daha çox təhlükə altındadır", - BMT rəsmisi bildirib.
Hudr qeyd edib ki, Qəzza zolağına həyat xilasedici yardımların çatdırılmasına qoyulan məhdudiyyətlər uşaqlara qarşı növbəti ölüm hökmüdür. O, xüsusilə "humanitar fasilə"nin sona çatmasından sonra bölgədəki tətbiqlərin yaratdığı sıx təzyiqin kölgəsində xalqın ümidsizliyə sürükləndiyini xəbərdar edərək, təcili və daimi humanitar atəşkəsin uşaqların öldürülməsi və yaralanmasının qarşısını almağı yeganə yolu olduğunu ifadə edib.
Hudr vurğuladı ki, daimi humanitar atəşkəs həm də mülki insanları qorumaq və təcili ehtiyac duyulan xilasedici yardımın çatdırılmasını təmin etmək üçün yeganə yoldur.
Çətinliklərin və daha çox əzabın qarşısını almaq üçün hərtərəfli humanitar yardımın bölgəyə daxil olmasına icazə verilməsinə çağıran Hudr, UNICEF və humanitar təşkilatların şimal da daxil olmaqla Qəzza zolağının harada olmasından asılı olmayaraq, bütün uşaqlar və onların ailələrinə təhlükəsiz giriş imkanına malik olması lazım olduğunu vurğuladı.
Hudr dünyanın Qəzzada baş verənləri çarəsiz seyr etdiyini, kifayət qədər sürətli hərəkət edə bilmədiklərini və bu vəziyyətin dərhal dayandırılmasının lazım olduğunu əlavə edib.
Qadir, Bizimyol.info