Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştiraka razılıq verib.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.
İştirakçılar bildiriblər ki, "DXR" parlamentinin spikeri Artem Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb.
Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri martın 17-nə təyin edilib.
Qadir, Bizimyol.info