Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Avrasiya Strateji Araşdırmalar Platformasının (ASAD) İstanbulda təşkil etdiyi “Türkiyə Yüzyılında ŞKTC Perspektivi” konfransına qayılıb.
Bizimyol.info xəbər verir ki, tədbirdə İsrail və Fələstində baş verən hadisələrlə bağlı prosesin izlənilməsi lazım olduğunu bildirən Tatar, bu prosesdə Türkiyə ilə birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.
Tatar Türkiyənin Ada üçün əhəmiyyətini vurğulayaraq, Türkiyənin buradan geri çəkiləcəyi təqdirdə Fələstindəki kimi hadisələrin baş verə biləcəyini bildirib. Prezident ŞKTC-nin keçən il Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi daxil olduqdan sonra yeni imkanlar əldə etdiyini, ölkənin dövlət, akademik və peşə palataları kimi qurumlarının bu dam altında digər türk dövlətləri ilə əlaqə saxladığını, həmçinin ölkəni orada təmsil etdiyini bildirib.
“ŞKTC yavaş-yavaş dünyada öz layiqli yerini tutur”
ŞKTC-nin tanınması üçün strategiyalardan danışan Tatar, ŞKTC-dəki universitetlərdə 144 fərqli ölkədən tələbənin olduğuna, daha çox ölkədən turist təyyarələrinin Türkiyə üzərindən adaya gəldiyinə, 100-dən çox ölkə ilə ticarət aparıldığına diqqət çəkib.
Ersin Tatar bütün bunların “ŞKTC-nin dünyada yavaş-yavaş öz layiqli yerini tutmasının göstəricisi” olduğunu vurğulayaraq, arzularının “tanınmaq” olduğunu qeyd edib.
Rusiyanın konsulluq əməliyyatlarına başlama qərarını diqqətə çatdıran Tatar, ABŞ və Böyük Britaniyanın artıq konsulluq xidmətlərinin olduğunu və bu nöqtədə birbaşa uçuşun “böyük faydası” olacağını bildirib.
"Mən tanınmağa əhəmiyyət verirəm, amma bütün mübarizəni bunun üzərində cəmləyə bilmərik", - deyən
ŞKTC prezidenti Tatar Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Kipr Rum Administrasiyasını adanın qanuni dövləti kimi göstərən ədalətsiz qərarına baxmayaraq, işlərini davam etdirdiklərinin qeyd edib.
Prezident "ölkələrlə müxtəlif əlaqələri irəli apararaq gələcəyə daha təhlükəsiz addımlar atmaq üçün infrastruktur hazırladıqlarını" bildirib.
Ad dəyişikliyi üçün yaşıl işıq
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının "ŞKTC-nin adının Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilməsi" təklifi ilə bağlı sualı cavablandıran Tatar, mövzu ilə bağlı müxtəlif fikirlər olsa da, bu təklifə "müsbət" yanaşdığını bildirib. Ad dəyişikliyi yalnız konstitusiya dəyişikliyi ilə mümkün ola bilərdi.
Ölkədə tez-tez hakimiyyət dəyişikliyinə münasibət bildirən Tatar “sabitliyi təmin etmək üçün məclis üzvlərinin administrasiyanı qorumaq üçün müəyyən fədakarlıqlar etməli olduğunu” qeyd edərək, hazırkı hökumətin 3-cü ilini yaşadığına diqqət çəkib.
Tatar ölkədə xaricilərə mal satışı ilə bağlı mətbuatda yalan iddialar olduğunu və qanuna uyğun olaraq əcnəbilərə satışdan əvvəl təhlükəsizlik araşdırması aparıldığını bildirib. Məsələ ilə bağlı bəzi problemlərin həlli üçün səy göstərildiyini bildirən Tatar: "Biz bu şəkildə dövlətimizi təhlükəyə atmayacağıq", - deyib.
Tatarın bu gün qatılacağı 7-ci İstanbul İqtisadiyyat Zirvəsindən sonra adaya dönəcəyi gözlənilir.
Qadir, Bizimyol.info