"Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri aparatının birgə bəyanatı, o cümlədən iki ölkənin hərbi qulluqçularının azad edilməsi, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müddəalar Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması istiqamətində atılan addımdır".
Bizimyol.info xəbər veririr ki, bunu Rusiya XİN-i yanında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz araşdırmaları elmi mərkəzinin baş elmi işçisi, politoloq Vadim Muxanov Rusiya mətbuatına açıqlama verərkən bildirib.
“Bütün bunlar Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda verdiyi bəyanatlara uyğundur. Xüsusilə Ermənistanın baş naziri bildirib ki, onlar indi Azərbaycanla sülh sazişi imzalamağa qeyri-adi dərəcədə yaxındırlar. Digər tərəfdən, Azərbaycan tərəfi dəfələrlə Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq istədiyini bildirib. Aydındır ki, bu, məhz bu sənədə doğru bir addımdır”, - deyə rusiyalı politoloq qeyd edib.
Ekspertin fikrincə, Bakı və İrəvanın birgə bəyanatındakı “qarşılıqlı etimadın gücləndirilməsi üçün addımlar” bəndi “beynəlxalq sənədin klassik sözləridir, belə bir ifadəyə inamın aşağı səviyyədə olduğu ölkələr arasında onlarla sənədlərdə rast gəlmək olar.
Bundan əvvəl İrəvan və Bakı Ermənistanın baş naziri və Azərbaycan prezidentinin dəftərxanalarının birgə bəyanatında deyilirdi ki, Bakı 32 erməni əsiri, İrəvan isə iki Azərbaycan əsgərini azad edəcək. Bəyanatda deyilir ki, İrəvan və Bakı yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi ilə bağlı danışıqları davam etdirəcək, beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaranmasına kömək edəcək və bütün Cənubi Qafqaz regionunda münasibətlərə müsbət təsir edəcək səylərini dəstəkləməyə çağıracaq.
Qadir, Bizimyol.info