Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbədənkənar Prezident seçkilərini kimlər necə dəyərləndirdi? - Şərh
Növbədənkənar Prezident seçkilərini kimlər necə dəyərləndirdi? - Şərh
Ölkə Prezidenti İlham Əliyev növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar dekabr ayının 7-də Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Bizimyol.info xəbər portalına açıqlama verib.

İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə

"Prezident seçkiləri ilə əlaqədar keçirilən iclasımızda yekun qərar bu oldu ki, rayon təşkilatları ilə məsləhətləşmələr keçirilsin və idarə heyəti növbəti həftə bu məsələyə yenidən qayıtsın. Çünki rayon təşkilatları seçkilərdə əsas yükü daşıyır və onların rəyi mərkəzi aparat üçün olduqca vacibdir".

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli: "REAL Partiyası yarandığı gündən istənilən seçkidə iştirakın tərəfdarı olub. Seçkilərdə iştirakın da müxtəlif formaları var. Ona görə də biz bu formalar haqqında mərkəz daxilində ciddi müzakirələr aparırıq və siyasi komitə sabah toplanır. İstənilən halda iştirak edəcəyik, amma bunun formaları, üsulları ilə bağlı sabah yəqin ki, ictimaiyyətə əlavə məlumat verəcəyik. istənilən seçki sürəcindən kənarda qalmaq doğru deyil. Tarix də sübut etdi ki, bu boykot siyasəti, yanaşması mənasız və heç bir effekti olmayan bir yanaşmadır".

Natiq Cəfərli Natiq Cəfərli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi: "Seçkilərdə iştirak edib-etməyəcəyimiz yəqin ki, növbəti həftənin əvvəlində bəlli olacaq. Bu həftə isə müzakirələr olacaq, ondan sonra biz mövqeyimizi bildirəcəyik".

Seymur Həzi / Foto: Pərvanə Bayramova, VOA Seymur Həzi / Foto: Pərvanə Bayramova, VOA

Seçkidən sonra ölkəni hansı reallıqlar gözləyə bilər? Seçki haqda belə qəfil qərarın verilməsi hansı ciddi səbəblərlə bağlı ola bilər? Gözləntilər nələrdir?

Suallarla bağlı Bizimyol.info a açıqlama verən millət vəkili Fazil Mustafa qeyd edib ki, bu, bütün əhalinin iştirak edəcəyi və bütün ərazilərimizin dairə, məntəqə təşkil etdiyi bir seçki kampaniyası olacaq.

Fazil Mustafa Fazil Mustafa

"Seçki haqqında qərar verilməsinin ən böyük arqumenti Vətən torpaqlarının işğaldan azad olunmasıdır. Azərbaycan ərazilərində suverenlik xalqa məxsusdur, amma xalq ərazilərimizin bir hissəsində seçkilərdə iştirak edə bilmirdi. İndi ərazilərimiz işğaldan azad ediləndən sonra bütün əhalinin iştirak edəcəyi və bütün ərazilərimizin dairə, məntəqə təşkil etdiyi bir seçki kampaniyası olacaq. Ona görə də bu yenilik bilavasitə bununla əlaqədardır və Azərbaycan cəmiyyəti də ilk dəfədir dövlət və xalq olaraq seçkidə iştirak edəcək. Bu da sevindirici haldır. Ona görə də seçkinin təyin olunmasında əsas arqument budur".

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyev: "Növbədənkənar Prezident seçkilərinin elan olunması, ölkəmizin təhlükəsizliyinə töhfə verəcək, inkişaf və islahatlara şərait yaradacaq. Mən bu prosesi belə dəyərləndirirəm". 

Qüdrət Həsənquliyev Qüdrət Həsənquliyev

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »