Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Qərbin "mühasirə"sindəki Ermənistana xəbərdarlıqlarına davam edir"
"Rusiya Qərbin "mühasirə"sindəki Ermənistana xəbərdarlıqlarına davam edir"

“Mən Ermənistan xalqının yenidən Qərb dostları tərəfindən aldadılmasını istəmirəm”. Bu sözləri, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu gün biz Qərbin aldatmağı necə bildiyinə dair çoxlu misallar verdik, amma mən Ermənistan xalqının yenidən Qərb dostları tərəfindən aldadılmasını istəmirəm. Məsələ ondadır ki, biz bu barədə artıq danışmışıq. Fransaya və “Bastion” zirehli maşınlarına gəlincə, onlar istifadəyə yararsızdır. Mən bunu noyabrın 22-də brifinqdə ətraflı şərh etdim, əgər Ermənistanın indiki hakimiyyət orqanlarına aid olan bir çox KİV-lər bu məlumatları təhrif etməsəydilər, anti-jurnalistik fəaliyyətlə məşğul olmasaydılar, bu işdə saxtakarlıq olduğunu görərdilər”-deyə Mariya Zaxarova əlavə edib.

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın öz geosiyasi orbitini dəyişməsi fonunda Rusiya ilə Ermənistan arasında münasibətlər gündən-gündən tarıma çəkilir, qəlizləşir, çıxılmaz vəziyyətə düşür.

İlyas Hüseynov İlyas Hüseynzadə

“İrəvan bütün bu prosesləri hərəkətə gətirir. Qərb strukturlarına inteqrasiya müxtəlif təlimlər, silahlanma, maliyyə vədləri müxtəlif təlimatçıların gəlməsi siyasi dəstək və s. Bütün bu proseslər Moskva tərəfindən də diqqətlə izlənilir. Və Mariya Zaxarovanın Fransa istehsalı olan Bastion zirehli maşınlarıyla bağlı fikirləri də maraq doğurur. Bilirsiniz ki, bu zirehli maşınların ikinci partiyası Ermənistana gələcək və bunun özü də bir manipulativ xarakter daşıyır. Əvvəla ona görə ki, silah sövdələşmələri, silah alışı və onların tədarükü müəyyən qədər məxfi xarakter daşıyır. Əksər hallarda, konfindensial olur. Burada isə çox açıq şəkildə hansı sayda hansı, hansı manifakturada, hansı tarixdə göndərilməsi və qəbul edilməsi bəyan olunur”-deyən politoloq əlavə edib ki, Fransa bununla Rusiyanın maraqlarına zərbə vurur. Nəticədə "Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilmir" fikri trajlanır.

Politoloq vurğulayıb ki, bu həmin “Bastion” Ukrayna tərəfinə təqdim olunduqdan sonra onların effektsizliyini əsas gətirərək, imtina etmişdilər. Çünki "Bastion”-ların tank əleyhinə raketlərə qarşı həqiqətən də müqavimətsizliyi var. Eyni zamanda "Bastionlar" heç də Zaxarovanın dediyi kimi müdafiə qabiliyyətinin artırılmasına xidmət etmir.

“Zaxarovanın demədiyi hissəni mən deyim. Burada söylənilməyən tərəf ondan ibarətdir ki, Nikol Paşinyan onları öz hakimiyyətini qorumaq üçün qəbul edir, alır. “Bastion”lar küçə nümayişlərinin dağıdılmasında çox effektiv ola bilərlər. Onların efektiv olduğu sahə, məsələ budur. Bu kimi dilə gətirilməyən, sətiraltı bildirilən diplomatik fikirlərin açılışını da ekspertlər çox yaxşı anlayırlar və bunu hesabatlarda da görmək mümkündür”-deyə İlyas Hüseynov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »