Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərin sahilində... Azərbaycan seymsik zona sayılsa da, güclü dağıdıcı zəlzələ gözlənilmir
Xəzərin sahilində... Azərbaycan seymsik zona sayılsa da, güclü dağıdıcı zəlzələ gözlənilmir

Qədim dövrlərdən bu günə qədər Azərbaycan ərazisində güclü və fəlakətli zəlzələlər çox böyük dağıntılara səbəb olur. Hər il bir çox zəlzələ baş verir, lakin əksəriyyəti hiss olunmur. Azərbaycana bir neçə seysmik aktiv region daxildir. Bura Xəzər dənizi, Cənubi Talış dağları, Gəncə-Daşkəsən və Şamaxı-İsmayıllı və Şəki-Zaqatala rayonlarını aid etmək olar.

Qeyd edək ki, Alp qırışıqlar sisteminə daxil olan Azərbaycan ərazisi yüksək seysmik aktivliyi ilə xarakterizə olunur. Ərazidə müxtəlif istiqamətli qırılma zonaları çox mürəkkəb geoloji quruluş yaradır. Seysmikliyin paylanmasının belə heterojenliyi qırılma zonalarının ayrı-ayrı hissələrinin fəaliyyət səviyyəsi ilə bağlıdır.

Tarix boyu ən güclü zəlzələlər əsasən Şamaxı və Gəncədə qeydə alınıb. 1667-ci ildə Şamaxıda zəlzələ baş verib. Tarixi məlumatlara görə bu zəlzələ sürüşmə ilə nəticələnib Zəlzələ zamanı 80000-dən çox insan ölüb. Şamaxıda digər güclü zəlzələ 1859-cu ildə 5.9 bal gücündə baş verib. Zəlzələ zamanı bütün şəhər dağılıb. Həmin zəlzələdən sonra xalq arasında “Şamaxı batan kimi batarsan” ifadəsi yaranıb. Bir güclü zəlzələ 1669-cu ildə 5.7 bal gücündə olub və yeddi min nəfər ölüb. Şamaxı ümumiyyətlə seysmik zonadır. Başqa güclü bir zəlzələ 1902-ci ildə 6.9 bal gücündə olub. Zəlzələ zamanı 2000 nəfər ölüb. 1139-cu ildə 6.3 bal gücündə Gəncədə olan zəlzələ zamanı 230-300 min insan ölüb. Şamaxıda 1828 və 1872-ci illərdə 5.7 bal gücündə də zəlzələlər olub. Şəhər dağılıb. 1999-cu ildə Ağdaşda olan 5.4 bal gücündə olan zəlzələ zamanı yüzlərlə ev dağılıb və yararsız vəziyyətə düşüb. 2012-ci ildə Zaqatalada 5.6 bal gücündə olan zəlzələ zamanı dağıntılar olsa da, ölən olmayıb.

Və ən son 2000-ci ildə 6.8 bal gücündə olan zəlzələ zamanı 30 nəfər dünyasını dəyişib. Azərbaycan seysmik zona sayılsa da, son illər dağıdıcı, məhvedici zəlzələlər qeydə alınmayıb.

Bu il fevralın 6-da Türkiyədə olan 7.8 bal gücündə zamanı 50 mindən çox insan ölüb.

Azərbaycan seysmoloqlarının fikrincə, Azərbaycanda belə dağıdıcı və güclü zəlzələlər gözlənilmir. Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km olub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ zamanı təşvişə düşməməyi, evdə əşyaların arxasında özünüzü qorumağı, pilləkənlərdən və liftdən uzaq durmağı, binadan uzaqlaşmağı və avtomobilləri inzibati binaların qarşısında saxlamamağı tövsiyyə edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »