Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Xidməti Quba rayonunda zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirib
Dövlət Xidməti Quba rayonunda zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Qubar Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonunda “Heydər Əliyev İli” çərçivəsində yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərin fəsadlarına həsr edilmiş konfrans keçirilib.

Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Mərkəzdə nümayiş olunan sərgiyə baxış keçirilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumlarının məsul şəxsləri, həmçinin İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin atası Söhrab Niftəliyev də iştirak edirdi.

Konfransda çıxış edənlər orta ümumtəhsil məktəblərində təşkil edilən nümunəvi dərslərin, seminarların keçirilməsi zamanı sağlam həyat tərzinin təbliğinə, zərərli vərdişlərin insan sağlamlığına vura biləcəyi fəsadlara və hərbi xidmətə çağırışdan yayınmanın cinayət məsuliyyəti yaratmasına dair maarifləndirici söhbətlər aparılmasının əhəmiyyətini diqqətə çatdırıblar.

Dövlət Xidmətinin əməkdaşları ilə yanaşı bir sıra dövlət qurumlarının məsul şəxslərinin iştirak etdiyi konfransda çıxış edən Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Zərərli vərdişlərin gənclər arasında yayılmasının qarşısının alınması, sağlam həyat tərzinin təbliği  məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bildirib ki, sağlam, yüksək mənəvi keyfiyyətlərə sahib yeniyetmə və gənclər gələcəyin hazırlıqlı əsgəridir.

Tədbirdə çıxış edənlər gənclər arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsində tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin mühüm rola malik olduğunu diqqətə çatdırıblar.

Son xəbərlər
Bütün xəbərlər »