Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: “ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır”
Ağ Ev: “ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır”

ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikipartiyalı dəstək var, lakin ABŞ-ın cənub sərhədində bir sıra olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynaya dəstəyi “girov saxlamaq” istəyən bir sıra respublikaçılar bizi aldatdı”, - o deyib.

C.Kirbinin sözlərinə görə, Kiyevə yardım çərşənbə axşamı təsdiq edilməli idi, lakin respublikaçıların mövqeyinə görə bu, baş tutmayıb. Bununla bağlı o, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsünün “ABŞ-ın dəstəyi olmadan Ukraynanın bu müharibəni uduzması riski böyükdür” sözlərindən sitat gətirib.

Son xəbərlər
Bütün xəbərlər »