Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib
Qəzzada ölənlərin ümumi sayı 16 min nəfəri keçib

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.

“Report” xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hazırda ölənlərin sayı 16 248 nəfər təşkil edir, onlar arasında 7 112 uşaq və 4 885 qadın var. Eyni zamanda 42 mindən çox insan müxtəlif xəsarətlər alıb.

İtkin düşənlərin sayı 7 600-ə çatıb.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

Son xəbərlər
Bütün xəbərlər »