Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir”
Deputat “Ələt azad iqtisadi zonası haqqında” qanuna etiraz etdi

Milli Məclisin plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Bizimyol.info xəbər verir ki, layihə barədə Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh məlumat verib. O bildirib ki, qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad zona müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azad zona ərazisində yaradılır. Azad zona səlahiyyətli qurumunun müəyyən hüquqları var. Bunlara Azad zona üçün qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək, Azad zonanın beynəlxalq standartlara uyğun idarəetmə sistemini formalaşdırmaq məqsədilə Azad zona inzibati müəssisələrini yaratmaq, maliyyələşdirmək, səlahiyyətləndirmək və yoxlamaq, hüquq və vəzifələri üçüncü şəxslərə ötürmək və s. daxildir. Azad zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququna malikdir. Azad zona səlahiyyətli qurumu Azad zona daxilində əmək münasibətlərini tənzimləmək, o cümlədən əməyin təhlükəsizliyini təmin etmək məqsədilə daxili qaydalar formasında əmək qaydaları qəbul edir.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır.

“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılır ki, bu da onları vergi və gömrük rüsumlarından azad edir. Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”,- deyə deputat narazılığını bildirib.

Müzakirələr davam edir.

Milli Məclisin Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, layihə Konstitusiya və milli qanunvericiliklə qətiyyən ziddiyyət təşkil etmir: “Beynəlxalq təcrübəni öyrəndikdən və qanun layihəsinin fəlsəfi mahiyyətinə vardıqdan sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin milli qanunvericiliklə ziddiyyət təşkil etməsi barədə fikrimiz dəyişdi, əksinə, bu layihənin tam üstün olması qənaətinə gəldik”. O bildirib kii, nvestorlar bu qanun layihəsinə, azad iqtisadi zonaya tam əsaslana bilərlər. ÜQəti deyə bilərəm ki, qanun layihəsi iqtisadi inkişafın indiki məqamında irəliyə atılan ən ciddi addımdır”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »