Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan XİN başçısı Rusiya səfərinin yekunları barədə danışıb
Azərbaycan XİN başçısı Rusiya səfərinin yekunları barədə danışıb

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskva toplantısını faydalı hesab edirik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin müxtəlif əməkdaşlıq platformaları mövcuddur:

“Əməkdaşlıq platformalarında biri də dövlət başçılarının qərarına əsasən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclası formatıdır. Həmin o qərara uyğun olaraq bu gün ilk görüş keçirilib. Bu gün həm məhdud, həm də geniş tərkibli görüş oldu. Xəzər mövzusu ilə bağlı müxtəlif məsələlər, bu istiqamətdə atılan addımlar, VI Xəzər Sammitinin qərarlarının icrası, o cümlədən gələcək planlar barədə geniş müzakirələr aparıldı. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib”, - deyə nazir bildirib.

Qeyd olunub ki, burada əsas mövzular sırasında Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyanın bütün üzv dövlətlər arasında tam ratifikasiyadan keçərək qüvvəyə minməsi məsələsi və digər açıq qalan məsələlər, eləcə də, bu məsələnin öz həllini tapması üçün hansı addımların atılacağı yer alıb. Vacib olan sazişlər sırasında Xəzəryanı dövlətlər arasında orta və düz xəttlətin razılaşdırılması, həmin sazişin hazırlanması istiqamətində yüksək səviyyəli işçi qrupun növbəti görüşünün keçirilməsi yer alıb. Belə bir görüşün mart ayında Bakı şəhərində keçirilməsi planlaşdırılır", deyə Ceyhun Bayramov vurğulayıb.

Azərbaycan XİN başçısı əlavə edib ki, Xəzər mövzusu ilə bağlı olaraq indiyə kimi 16 müxtəlif saziş qəbul edilib: "Həmin 16 sazişdən 15-nə Azərbaycan Respublikası da qoşulub. Eyni zamanda Xəzəryanı ölkələrin bir sıra digər istiqamətlər üzrə təşəbbüsləri var. Həmin təşəbbüslərlə bağlı növbəti addımlar da razılaşdırılıb. Ən önəmli məsələlər sırasında Xəzərdə ekoloji problemlər və xüsusi olaraq Xəzər dənizinin səviyyəsinin son onilliklər ərzində azalması yer alıb. Bu çox ciddi narahatlıq doğurur. Bu mövzu ilə bağlı olaraq VI Xəzər sammitində Azərbaycan prezidenti Cənab İlham Əliyev xüsusi işçi qrupunun yaradılması təklifini irəli sürüb. Həmin təklifə uyğun olaraq Azərbaycan tərəfi artıq üzv dövlətlərə bununla bağlı növbəti addımlara dair sənəd layihələri təqdim etmişdir və hal-hazırda həmin sənədlər müzakirə edilir. Yaxın zamanlarda işçi qrupun görüşü təşkil olunacaq. Konvensiyada nəzərdə tutulduğu kimi Xəzərin bir sülh məkanı olması, burada Xəzəryanı dövlətlərin hərbi sahədə atdıqları addımların digər ölkələr üçün məqbul olması, hər hansı bir gərginliyin yaradılmaması bu gün müzakirə mövzuları arasında olub. Ümumilildə, bu görüşü çox faydalı hesab edirik. Düşünürük ki, bu görüşün növbəti addımlara müsbət təsiri olacaq",deyə nazir qeyd edib.

Ceyhun Bayramov Moskvada keçirdiyi ikitərəfli görüşlərdən də danışıb: "Bildiyiniz kimi, beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlər də keçirilir. Biz, gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirtdik. İndi isə, bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu", deyə Azərbaycan XİN başçısı yekunlaşdırıb.

Son xəbərlər
Bütün xəbərlər »