Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Külək güclənib, yağış yağıb - Faktiki hava
Külək güclənib, yağış yağıb - Faktiki hava

Dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Bizimyol.ini-ya verilən xəbərə görə, öncədən məlumat verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.

Son xəbərlər
Bütün xəbərlər »