Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nigeriyada ordu səhvən kəndi bombalayıb: 85 nəfər ölüb
Nigeriyada ordu səhvən kəndi bombalayıb: 85 nəfər ölüb

Nigeriya Hərbi Hava Qüvvələrinin bir kəndi “təsadüfən” bombalaması nəticəsində 85 nəfərin öldüyü açıqlanıb və məsələ ilə bağlı araşdırma başlanıb.

Bizimyol.info xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyindən (NEMA) verilən açıqlamada, dekabrın 3-ü axşam saatlarında kənd sakinlərinin Mövlud şənliyinə toplaşdığı bir vaxtda, ordu təyyarəsinin Kaduna əyalətinin Tudun Biri kəndini bombaladığı açıqlanıb.

Hücum nəticəsində aralarında uşaq, qadın və qocaların da olduğu 85 nəfərin həyatını itirdiyi, ən azı 66 nəfərin yaralandığı bildirilib. Kaduna valisi Uba Sani terrorçulara qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən əməliyyat zamanı mülki şəxslərin təsadüfən vurulduğunu bildirib.

Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba hadisə ilə bağlı verdiyi açıqlamada terrorçuların mülki əhalinin cəmləşdiyi ərazilərə qəsdən yerləşdirildiyi barədə məlumat aldıqlarını bildiri.

Nigeriya prezidenti Bola Tinubu hadisənin hərtərəfli araşdırılmasına göstəriş verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »