Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK "ölkəyə xaricdən gətirilən mallara görə limitin azaldılması" iddiası ilə bağlı rəsmi açıqlama yayıb
DGK "ölkəyə xaricdən gətirilən mallara görə limitin azaldılması" iddiası ilə bağlı rəsmi açıqlama yayıb

"Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır".

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

"Səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil"- deyə komitədən bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »