Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan avtomobil bazarında Çin istehsalı olan bütün növ avtomobillərə yüksək ölçüdə maraq var"
"Azərbaycan avtomobil bazarında Çin istehsalı olan bütün növ avtomobillərə yüksək ölçüdə maraq var"

Ötən günlərdə Yaponiyanın Toyota, Lexus və Çinin BYD şirkətlərinin Türkiyə distribyutoru olan "ALJ Türkiyə" şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Əli Heydər Bozkurt Çin şirkətləri ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, qeyd edib ki, mövcud Çin markalarının 80 faizi 5-10 il ərzində yox olacaq. Qalan 20 faizdən 15-i yerli bazarda olduğu halda, yalnız 5 faizi dünyaya açılacaq.

Bəs Azərbaycanda Çin avtomobillərinə maraq varmı?

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda hal-hazırda Çin avtomobillərinə maraq çoxdur. Ölkəmizdə rəsmi olaraq 16-dan çox rəsmi Çin avtomobil brendi var.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“Bunların arasında həm benzin, həm elektriklə işləyən avtomobillər, həm də hibrid avtomobillər var. Bizim bazarda Çin avtomobillərinə maraq həddindən artıq çoxdur. İstər avtomobilin dizaynı baxımından, istər funksionallığı, istərsə də qiymət baxımından maraq çoxdur”-deyə ekspert bildirib.

Servislərə gəldikdə, ekspertin fikrincə, Azərbaycanda olan servislərin hamısında iş ideal deyil.

“Mən servislərin işlərini 70-75 faiz müsbət qiymətləndirirəm. Digərləri də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər görürlər. İstər servisdə ustaların bilik və bacarığının artırılması, istərsə də ehtiyat hissələrinin əlçatanlığını təmin eləmək üçün iş görürlər. Onu da qeyd edim ki, elektrik mühərrikli avtomobil satan Çin brendləri artıq ustalarının bir neçəsini Çinə təlimlərə göndəriblər ki, onların ustaları müxtəlif markalar üzrə elektirik avtomobilləri xidmət göstərməyi öyrənsinlər. Hətta bir neçə şirkətdən geri dönənlər də var. Ehtiyat hissələri anbarı üzrə mütəxəssislər, elektronika üzrə mütəxəssislər bir aya yaxın Çində təlimlərdə oldular və oradan xüsusi sertifkat ilə geri döndülər”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »