Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Türkiyə ilə sərhəd qapılarını açmağa hazırlaşır: "Müsbət cavab gözlədik"
Ermənistan Türkiyə ilə sərhəd qapılarını açmağa hazırlaşır: "Müsbət cavab gözlədik"

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə-Ermənistan sərhədindəki Marqara Sərhəd Qapısının keçidlərə hazır olduğunu bildirib və Türkiyədən müsbət cavab gözlədiklərini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada Türkiyə-Ermənistan sərhədindəki Marqara Sərhəd Qapısında işlərin başa çatdırıldığı və qapının keçidə hazır olduğu bildirilib.

Açıqlamada: “Marqara Sərhəd Qapısı fəaliyyətə hazırdır və Ermənistan tərəfi diplomatik pasportu olan şəxslər də daxil olmaqla üçüncü ölkə vətəndaşlarına sərhədin açılması ilə bağlı Türkiyədən müsbət cavab gözləyir”, - deyə bildirilib.

Digər tərəfdən, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bir müddət əvvəl Türkiyə ilə sərhədi aça biləcəklərini açıqlamışdı. Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrlə aparılan normallaşma danışıqları zamanı əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, noyabrın ortalarında Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib ki, yeni keçid məntəqəsinin tikintisi başa çatmaq üzrədir. Bundan əvvəl Dövlət Gəlirləri Komitəsindən ölkə mətbuatına verilən məlumatda deyilir ki, gömrük nəzarəti üçün zəruri olan bina və tikililərin inşaa edildiyi bildirib. Daxili dekorasiya, kommunal xətlərin çəkilməsi və abadlıq işləri aparıldığı barədə məlumatda qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »