Filippin sahillərində 7,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 10,6 min nəfər əhalisi olan Taqbina şəhərindən 19 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 63 km dərinliyində olduğu qeyd edilib.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu da öz növbəsində zəlzələnin 6,9 bal gücündə olduğunu bildirib. İnstitutdan verilən məlumatda bildirilir ki, yeraltı təkanlar Hinatuan şəhərindən 42 km aralıda dənizdə baş verib, mənbə 8 km dərinlikdə yerləşib və sunami təhlükəsi elan edilib.
“Dalğanın hündürlüyünün normadan bir metrdən çox, qapalı körfəz və boğazlarda isə daha yüksək olacağı gözlənilir. Həyat üçün təhlükə yaradan dalğa yüksəkliyi ilə dağıdıcı sunami gözlənilir. Sunami neçə saat davam edə bilərlər. Sahil ərazilərinin sakinlərini dərhal hündür yerə və ya daxili ərazilərə təxliyə etməyə çağırılır", - deyə mesajda bildirilir.
ABŞ sunami xəbərdarlığı sistemi sunami təhlükəsini təsdiqləyib. Daha sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Filippin sahillərində 6,4 bal gücündə ikinci zəlzələnin baş verdiyini bildirib.
Qadir, Bizimyol.info