Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailin Dəməşqə hücumu nəticəsində iki iranlı hərbi məsləhətçi həlak olub
İsrailin Dəməşqə hücumu nəticəsində iki iranlı hərbi məsləhətçi həlak olub

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada olan iki müşavirinin həlak olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanı nəticəsində həlak olub. Onlar Suriyada sionist təcavüzünə qarşı İslami müqavimətə dəstək missiyasında idilər”.

Səhər tezdən İsrail Hərbi Hava Qüvvələri Dəməşqin ətrafına raket zərbəsi endirib. Ərəb Respublikası Silahlı Qüvvələrinin komandanlığının nümayəndəsi bəyan edib ki, hava hücumundan müdafiə sistemləri paytaxta yaxınlaşarkən düşmənin raketlərinin əksəriyyətini vuraraq aqressiv hücumu dəf edə bilib.

Əl-Hədas telekanalı daha sonra şiələrin Seyidə Zeynəb ətrafında 2 iranlı müşavirinin öldürüldüyünü, daha 7 nəfərin yaralandığını bildirib.

Oktyabrın 7-də Qəzza zolağında İsrail və radikal Fələstin qrupları arasında münaqişə başlayandan bəri bu, İİKK üzvləri arasında itkilər barədə ilk rəsmi məlumatdır.

İran hökumətinin tələbi ilə 2012-ci ildə Suriyaya müşavirlər qrupu göndərib. Tehranın dəstəklədiyi İraq və Livandan olan şiə silahlı dəstələri Suriya ordusunun tərəfində vuruşur. Onlar son vaxtlar Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ hərbi bazalarına mütəmadi olaraq hücum edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »