Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə-Yunanıstan gərginliyində Kral Çarlzdan maraqlı mesaj
İngiltərə-Yunanıstan gərginliyində Kral Çarlzdan maraqlı mesaj

Yunanıstanın baş naziri Mitsotakisin Londondakı məşhur tarixi əsərlərin Afinaya qaytarılması tələbi və bu açqlamanın iki ölkə arasında diplomatik böhrana səbəb olmasından sonra İngiltərə Baş Nazirliyi Mitsotakisin İngiltərə səfərini ləğv edib.

Bizimyol.info xəbər verir ki, London ilə Afina arasında yaşanan gərginlikdən sonra İngiltərə kralı Çarlzın taxdığı qalstukda Yunanıstan bayrağının rəng və simvollarını daşıması dünya mətbuatının gündəminə çevrilib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis İngiltərə səfərindən əvvəl mətbuata müsahibə verərək, Londondakı Britaniya Muzeyində olan "Elgin Mərmərləri" ("Parfenon Heykəlləri") olaraq bilinən tarixi əsərlərin Afinaya qaytarılmasını tələb etdiklərini bildirib, İngiltərə Baş Nazirliynin də bu barədə açıqlama verib. Nazirlikdən noyabrın 27-də mətbuata verilən şərhdə səfərin ləğv edildiyi açıqlayıb.

Yunanıstanın baş naziri Miçotakis də həmin gün açıqlama verərək: “Böyük Britaniyanın baş nazirinin planlaşdırılan görüşümüzün baş tutmasına saatlar qalmış ləğv etməsindən təəssüfləndiyimi bildirirəm. Öz baxışlarının doğruluğuna və ədalətinə inanan insan heç vaxt əks fikirlərdən qorxmaz. Bütün problemlər müzakirə edilərək həll edilə bilər, bundan qaçmaq zəiflik əlamətidir”, - deyib.

İngiltərə kralı Çarlzın dünən Dubayda keçirilən Ümumdünya İqlim Fəaliyyəti Sammitində taxdığı qalstukun Yunan bayrağına əsaslanan rəngləri, həmçinin naxışı diqqət çəkib və dünya xəbərinə çevrilib. Kral Çarlzın atası Şahzadə Filip 1921-ci ildə Yunanıstanın Korfu adasında Yunanıstan və Danimarka kral ailəsinin oğlu olaraq anadan olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »