Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Papa hərbi xərclərin aclıqla mübarizə fonduna yönəldilməsini təklif edib
Papa hərbi xərclərin aclıqla mübarizə fonduna yönəldilməsini təklif edib

Roma Papası Fransisk hərbi sənayedən gələn vəsaitdən aclıqla mübarizə aparmaq üçün beynəlxalq fond yaratmaq və onun davamlı artırılmasını təmin edilməsinə sərf etməyi təklif edib.

Bizimyol.info xəbər verir ki, bu barədə pontifikin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-28) Tərəflərin Konfransında şəxsi çıxışı üçün hazırlanmış mətində deyilir.

Papa Fransisk səhhətinə görə konfransda iştirak edə bilməyib və onun çıxışının mətnini Vatikanın dövlət katibi kardinal Pietro oxuyub. Müqəddəs Taxt-Tacın nümayəndə heyətinə başçılıq edən Parolin: “Bütün dünyada baş verən bir çox müharibələrdə bəşəriyyət nə qədər enerji sərf edir: İsrail və Fələstində, Ukraynada və bir çox başqa yerlərdə. Münaqişələr problemləri həll etmir, əksinə onların artmasına səbəb olur! Ümumi evimizi dağıdan silahlara nə qədər vəsait xərclənir. Mən hərbi məqsədlərə xərclənən puldan iqlim dəyişikliyindən əziyyət çəkən yoxsul ölkələrdə aclığın kökünü kəsmək və davamlı inkişaf layihələri üçün beynəlxalq fond yaratmaq üçün istifadə etməyi təklif edirəm”, - deyə çıxışın mətnində qeyd edilir.

“İqlim dəyişiklikləri siyasət dəyişikliyinə ehtiyac olduğunu göstərir. Biz millətçilik məntiqindən və keçmişin nümunələrindən kənara çıxmalıyıq. Gəlin ekoloji birgəyaşayışa imkan verən alternativ modeli qəbul edək, çünki mədəni səviyyədə dəyişiklik olmadan real dəyişiklik ola bilməz”, - pontifik özünün ekoloji problemlərə və qlobal təhlükələrə həsr olunmuş apostol nəsihəti "Laudate Deumun" ("Allaha həmd olsun") adlı son əsərindən sitat gətirir.

Bu, onun “ekoloji” ensiklik “Laudato si” (“Sənə həmd olsun”) əsərinin davamı olub.

Frensis Katolik Kilsəsinin "ümumi ev" üçün "ümumi məsuliyyət hissini" inkişaf etdirmək üçün "təhsil və elmə" tam dəstək və öhdəlik götürəcəyini vəd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »