Qəzza zolağında radikallar tərəfindən atəşkəsi pozandan sonra 24 saat ərzində İsrail Müdafiə Qüvvələri (İMQ) Fələstin anklavında 400 terrorçu hədəfə zərbələr endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir gün ərzində İMQ Qəzza zolağında 400-dən çox terrorçu hədəfə hücum edib. Gecə saatlarında hərbi hava qüvvələrinin qırıcıları Qəzzə zolağının cənubundakı Xan Yunis bölgəsində genişmiqyaslı hücumda 50-dən çox hədəfə hava zərbələri vurub”, - deyə mesajda qeyd edilir.
Bu barədə İMQ-in mətbuat xidməti: “İsrail Hərbi Dəniz Qüvvələri gecə saatlarında Qəzza zolağının cənubunda Xan Yunis estakadasının ərazisində məqsədyönlü işlər həyata keçirib, bu müddət ərzində HƏMAS terror təşkilatının hərbi obyektlərinə dəqiq silahlardan zərbələr endiriblər”, - deyə əlavə edib.
Qeyd edək ki, oktyabrın 24-dən başlayan razılaşdırılımış atəşkəs dünən səhər saatlarında Həmasın İsrail Müdafiə Qüvvələrinə raket zərbəsi endirməsindən sonra başa çatmış hesab edildi. İsrailin baş naziri və ordu rəhbərliyi müharibənin davam etdiyini elan ediblər. Bölgədə münaqişə yenidən alovlanıb.
Qadir, Bizimyol.info