Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mahaçqalada antisemit etiraz nümaişi edənlərin cəzalandırıldığı bildirilib
Mahaçqalada antisemit etiraz nümaişi edənlərin cəzalandırıldığı bildirilib

Məhkəmə Mahaçqala hava limanında antisemit etiraz aksiyası iştirakçısı olan 242 nəfərin həbsinə və cərimələnməsinə qərar verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ruasiya mətbuatı Dağıstan Ali Məhkəməsinin hesabatına istinadən məlumat verib.

“Bu günə qədər respublika məhkəmələri Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.3, 20.1 və 20.2-ci maddələri ilə hava limanında baş vermiş iğtişaşlardan sonra başlanmış 242 inzibati xəta işinə baxıb. Bunlardan 104 qanun pozucusu 1 gündən 10 sutkayadək inzibati həbs, 94 nəfərə 3000-10000 rubl məbləğində inzibati cərimə, 42-si isə məcburi əməyə cəlb edilib”, - deyə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamaeva bildirib.

Söhbət oktyabrın 29-da fələstinli tərəfdarların törətdiyi iğtişaşlardan gedir. Bir qurup şəxs Mahaçqala hava limanında onları linç etmək üçün Tel-Əvivdən təyyarə ilə gəlmiş yəhudiləri axtarırdılar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »