Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib
İsrail ordusu Qəzza zolağında 4 girovun öldüyünü təsdiqləyib

İsrail Müdafiə Qüvvələri (İMQ) oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən 4 girovun öldüyünü təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı İsrail ordusunun sözçüsü Daniel Həcəriyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Qəzza zolağında dörd girov ölüb: Eliyahu Marqalit, Mia Goren, Ronen Engel və Arie Zalmanoviç. Həcəri bildirib ki, ölən Həmas məhbuslarının ailələrinə artıq məlumat verilib. Lakin İsrail ordusunun nümayəndəsi girovların necə və nə vaxt öldüyünü açıqlamayıb.

Həcəri daha əvvəl bildirmişdi ki, fələstinli radikallar “evlərindən amansızcasına qaçırılan” 17-si qadın və uşaq olmaqla, 136 nəfəri girov saxlamağa davam edir. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri oğurlananları istənilən yolla geri qaytarmaq üçün hər şeyi etməyə davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »