“Bizim fikrimizcə, bütün bu suallar fələstinlilər üçün bir dövlətin qurulması ilə nəticələnməlidir”.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Cop28” İqlim Sammitindən sonra jurnalistlərə müsahibə verərkən ona ünvanlanan, “Qəzzada baş verənlər haqqında nə düşünürsünüz”, sualına cavab verərkən deyib.
Blinken BƏƏ-nin Dubay şəhərində keçirilən Cop28 İqlim Sammitindən sonra ölkəsinə qayıtmaq üçün Əl Maktum Beynəlxalq Hava Limanına gəlib. Burada jurnalistlərin suallarını cavablandıran Blinken bildirib ki, ABŞ Qəzza zolağındakı münaqişələrin bölgəyə yayılmasının qarşısını almaq üçün çalışacaq.
Nazir: “Biz açıq şəkildə bəyan etmişik ki, 7 oktyabrda baş verənlərin bir daha təkrarlanmaması üçün İsraili dəstəkləyəcəyik. Biz bu səyləri həyata keçirərkən mülki şəxslərin müdafiəsinə və bölgəyə humanitar yardımın çatdırılmasına önəm verməliyik”, - deyə vurğulayıb.
Blinken ABŞ-ın hazırkı müharibə ilə yanaşı, yaxın günlərdə baş verəcəkləri planlaşdırmağa da diqqət yetirdiyini və bu gün Dubayda ərəb həmkarları ilə bu məsələni müzakirə etdiyini qeyd edib. “Qəzzada baş verənlər haqqında nə düşünürük? Necə idarə olunur? Təhlükəsizlik haradan gəlir? Münasibətləri yenidən qurmağa necə başlayaq? Və ən əsası, ədalətli və davamlı sülh yoluna necə çıxa bilərik? Bizim fikrimizcə, bütün bu suallar fələstinlilər üçün bir dövlətin qurulması ilə nəticələnməlidir”, - deyib.
ABŞ-ın ərəb müttəfiqlərinin Fələstin administrasiyası hazır olana qədər müvəqqəti bir müddət üçün Qəzza zolağının təhlükəsizliyinin idarə edilməsinə kömək etməli olacağına dair gözləntilərinə toxunan Blinken deyib: "Bu çoxu ağır iş, sərt qərarlar və müxtəlif ölkələrin qəbul etməli olacaq öhdəliklər tələb edir".
Qadir, Bizimyol.info