Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ucuz otellər tikilir
Yay aylarında ölkədə turizm sahəsində xüsusi canlanma başlanıb. Rəsmi statistikaya görə, hər il olduğu kimi bu il də xarici ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayında müəyyən artım var. Ekspertlər bunun səbəbini ölkənin daxili turizmində mövcud bahalığın hökm sürməsində görürlər.

İqtisadçi ekspert Vüqar Bayramov “Ölkə.Az”a açıqlamasında bildirib ki, daxili turizmdə qiymətlər bahadır. Onun sözlərinə görə, bu qiymətlər Azərbaycana xaricdən gələn qonaqlar üçün qənaətbəxş olsa da, yerli əhalinin büdcəsinə uyğun deyil.

“Çox təəssüf ki, Azərbaycanın daxili turizmində qiymətlər yüksək olaraq qalmaqdadır. Biz bu sahəni araşdıran zaman görürük ki, xaricdən gələn turistlər üçün qiymətlər nisbətən ucuz olsa da, yerli əhali üçün bu bahadır. Əcnəbilər üçün manatın devalivasiyasından sonra dollar ifadəsində qiymətlər müəyyən qədər ucuzlaşdı. Azərbaycan vətəndaşları üçün isə qiymətlər yüksəkdir”, - deyə V.Bayramov bildirib.

Ekspertin fikrincə, yerli otellərdəki qiymətlər Azərbaycan vətəndaşlarının gəlirlik səviyyəsinə tam uyğun deyil:

“Bu məsələnin dəfələrlə işıqlandırılmasına baxmayaraq, turizm şirkətləri qiymətlərin aşağı salınmasına təşəbbüs etmirlər. Bəzi regionlarda rəqabət zəifdir, otellərin sayı azdır. Bu da sahibkarların qiymətləri yüksəltməsinə şərait yaradır. Bütünlükdə Azərbaycanda gündəlik 18 min turisti qəbul etməyə şərait var. Bu da böyük rəqəm deyil. Deməli otellərin, turizm obyektlərinin sayı yetərli deyil. Bu səbəbdən də, rayonlarda üçulduzlu otellərdə qiymtələr yüksək olaraq qalmaqdadır. Belə otellərdə gündəlik qiymət 150-200 manat arasında dəyişir. Bu da orta aylıq əmək haqqının yarısı qədərdir. Demək qiymətlərlə orta əmək haqqı arasında fərq kifayət qədər böyükdür. Qiymətlərin tənzimlənməsinə ehtiyac var”.

V.Bayramov deyir ki, Azərbaycanda daxili turizmi inkişaf etdirmək vacibdir:

“Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür. Azərbaycanda da daxili turizmi inkişaf etdirmək olduqca vacibdir. Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğunlaşdırılmalıdır. Şərait yaraqmaq lazımdır ki, vətəndaşlar Gürcüstan və digər qonşu ölkələrdə yox, regionlarda dincəlməyə üstünlük versinlər. Bununla da, vəsait ölkədə qalar və regionların turizm sahəsi inkişaf edər”.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Ölkə.Az”a açıqlamasında bildirib ki, hazırda bu sahədə böyük irəliləyiş var. Deputatın sözlərinə görə, Azərbaycanda daxili turizm inkişaf edir.

“Azərbaycanda turizm sahəsində böyük inkişaf var. Ucuz otellərin tikilib istifadəyə verilməsi prosesinə başlanılıb. Daxili turizmdə qiymətlərin ucuzlşadırılması siyasəti aparılır. Bu sahədə xidmətlərin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır. Son 4 ayda ölkəyə gələn turistlərin sayı da artıb”, - deyə Vahid Əhmədov bildirib.

Vətəndaşlarımızın yerli istirahət mərkəzlərinə deyil, xarici ölkələrə üz tutmasına gəlincə, millət vəkili bunun bir vərdiş olduğunu düşünür. Onun sözlərinə görə, vaxt keçdikcə, Azərbaycan vətəndaşları da daxili turizmə üstünlük verəcəklər.

“Hesab edirəm ki, kim istəyir xaricə gedəcək. Lakin Azərbaycanda da kifayət qədər yerlər var. Ölkəmizə kənardan çoxlu turistlər gələcək. Azərbaycanın Xəzər dənizi, gözəl meşələri var. Bir sözlə, Azərbaycanda istirahət etmək üçün gözəl şərait və əlverişli qiymətlər var”, - deyə V. Əhmədov bildirib.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »