“Dünya iqlim böhranının astanasındadır. Dünyanın qlobal istiləşməni 1,5 dərəcə saxlamaq əzmi hər keçən il azalır”
Bizimyol.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci (COP28) Tərəflər Konfransındakı çıxışında deyib.
BMT Baş Katibi Quterreş: "Temperatur artımını məhdudlaşdırmaq yalnız qalıq yanacaqlardan yaxa qurtarmaq mümkündür", - deyə qeyd edib. COP28-də çıxış edən Quterreş qlobal istiləşmənin 3 dərəcəyə doğru getdiyinə diqqət çəkərəkib.
İnkişaf etməkdə olan ölkələrin bərpa olunan enerjiyə uyğunlaşmaq üçün kifayət qədər dəstək almadığını bildirən Quterreş iqlim dəyişikliyində əldə ediləcək uğurların konfrans salonlarında deyil, yerli liderlərin rəhbərlik etdiyi şəhər və əyalətlərdə görünəcəyini qeyd edib.
Quterreş qalıq yanacaqların keçmişi, bərpa olunan enerji mənbələrinin isə gələcəyi təmsil etdiyini bildirib. O qeyd edib ki, dünyanın gələcəyi bu dəyişikliklərdən asılıdır və "COP28" bərpa olunan enerjidən istifadə, səmərəli enerji istehlakı və təmiz enerji kimi həllərin 2030-cu ilə qədər hamı üçün əlçatan olması ilə nəticələnməlidir.
Quterreş yerli liderlərin qalıq yanacaqlardan istifadənin azaldılmasında, təbiətə zərər verməyən iş yerlərinin yaradılmasında, havanın çirklənməsinin azaldılmasında, davamlı infrastruktur işlərinə investisiya yatırılmasında və ictimai nəqliyyat sistemlərinin inkişafında mühüm rol oynadığını bildirib.
Quterreş qeyd edib ki, bu planlar istixana qazı emissiyalarını azaltmaq üçün ölçülə bilən və yoxlanıla bilən hədəflər olmalıdır.
Quterreş liderlərin ölkələrində iqlim siyasətləri və qaydaların müəyyən edilməsində iştirakının vacibliyini vurğulayıb.
Quterreş iqlim planlarının yaradılmasında ölkə liderlərin söz sahibi olmasının vacibliyini vurğulayıb.
Qadir, Bizimyol.info