Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
USQ-i Rusiya ordusunun mövqelərinə güclü zərbələr endirib, - Baş Qərargah
USQ-i Rusiya ordusunun mövqelərinə güclü zərbələr endirib, - Baş Qərargah

"Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri (UMQ) rus işğalçılarının silah-sursat anbarlarına güclü zərbələr vurublar".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hesabatında deyilir.

“Raket qüvvələrinin bölmələri sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 3 əraziyə, həmçinin düşmənin 5 silah-sursat anbarına zərbələr endirib”, - deyə məlumatda qeyd edilir.

Eyni zamanda, rus işğalçıları öz növbəsində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 2 raket və 17 hava zərbəsi endirib, çoxsaylı reaktiv reaktiv sistemlərdən 46 hücum həyata keçirib.

Həmçinin günün əvvəlindən rus işğalçıları 2 ədəd "X-59" idarə olunan raketi və 12 ədəd "Şəhed-136/131" tipli PUA-dan istifadə etməklə Ukraynaya hava zərbəsi endirib. Eyni zamanda hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən 1 ədəd "X-59" idarə olunan raket və 8 hücum PUA-sı məhv edilib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, Buryatiyada Baykal-Amur dəmir yolunda yanacaqla dolu qatar yenidən partlayıb. Bu partlayış düşmənin hərbi logistika üçün də istifadə etdiyi mühüm dəmir yolu xəttini sıradan çıxarmaq üçün SBU-nun xüsusi əməliyyatının ikinci mərhələsi olub.

Həmçinin bildirilib ki, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində dəyəri təqribən 30 milyon dollar olan "Buk-M2" hava hücumundan müdafiə sistemini və bir çox başqa texnikanı məhv edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »