Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev humanitar fasiləni pozmaqda HƏMAS-ı günahlandırıb
Ağ Ev humanitar fasiləni pozmaqda HƏMAS-ı günahlandırıb

ABŞ Qəzza zolağında humanitar fasilənin bərpası üçün İsrail, Misir və Qətər səlahiyyətliləri ilə işlədiyini təsdiqləyib və atəşkəsi pozmaqda Fələstinin radikal HƏMAS hərəkatını günahlandırıb.

Bizimyol.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Qəzzada humanitar fasilənin bərpası üçün İsrail, Misir və Qətərlə əməkdaşlığı davam etdirməkdən məmnunam. Ancaq açıq deyək - hümanitar fasilə məhz HƏMAS-a görə başa çatıb, onlar sadəcə olaraq girovların siyahısını təqdim etməyiblər ki, bu da atəşkəsin uzadılmasına imkan verməyib”, - deyə o, onlayn brifinqdə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »