"İndiki şəraitdə Rusiyanın Ukraynaya bir daha hücum edib-etməyəcəyinə və ölkəmizin NATO-ya qəbul edilib-edilməyəcəyinə heç kim təminat verə bilməz".
Bizimyol.info xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski Nikolayevdə tələbələrlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, milli təhlükəsizlik Ukrayna üçün indi və gələcəkdə prioritet məsələdir: “Biz öz təcrübəmizi bütün tərəfdaşlarla bölüşürük. Ukrayna müharibədən keçən və bir daha başlamamaq üçün onu bitirmək istəyən ölkədir. Və bunun necə olacağını dəqiq bilmirik. Biri həyatdır, sun və firavanlıqdır, digəri də Rusiyadır. NATO-da olub-olmayacağımızı heç kim sizə deyə bilməyəcək”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, Ukrayna da öz növbəsində təhlükəsizliyin ən yüksək səviyyədə olması üçün əlindən gələni etməlidir: “Biz NATO standartlarına uyğun olaraq buna doğru irəliləyirik və bir çox sahələrdə öz standartlarımızı inkişaf etdiririk. Amma fakt budur ki, dövlət dəyişəcək və təhlükəsizlik prioritet olacaq”, - deyə dövlət başçısı əlavə edib.
“Reytinq” sosioloji qrupunun son sorğusuna əsasən, referendum keçirilsəydi, respondentlərin 78%-i Ukraynanın Avropa İttifaqına, 77%-i NATO-ya üzvlüyünə səs verəcəkdi. Respondentlərin cəmi 5%-i hərbi alyansa və Aİ-yə üzvlüyün əleyhinədir.
Bundan əvvəl məlum olmuşdu ki, NATO Ukrayna ilə bir illik islahat proqramı ilə bağlı razılığa gəlib. Alyansın baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi kontekstində ukraynalıların islahatlar həyata keçirmək və cəmiyyəti modernləşdirmək əzminə heyran olduğunu vurğulayıb.
Qadir, Bizimyol.info