Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Almaniyaya qarşı böyük rüsvayçılıq" - Prezident yarım saat təyyarənin qapısında gözlədilib
"Almaniyaya qarşı böyük rüsvayçılıq" - Prezident yarım saat təyyarənin qapısında gözlədilib

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin rəsmi səfər üçün getdiyi Qətərdə təyyarənin qapısında yarım saat gözlədilməsi Almaniyada müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer İsrail və Omana rəsmi səfərindən sonra Qətərə gedib. Ştaynmayerin Qətərdə necə qarşılanması, daha döğrusu qarşılanmaması Almaniyada müzakirələrə səbəb olub.

Ştaynmayer Doha Beynəlxalq Hava Limanına endikdən sonra təxminən 30 dəqiqə təyyarənin qapısında gözləməyə məcbur olub. Daha sonra onu Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi qarşılayıb.

Ştaynmayer Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə görüşünə vaxtında gəlsə də, prezidentin hava limanında gözlədilməsi Almaniyanın İsrail siyasətinə reaksiya kimi şərh edilib. 30 dəqiqəlik gözləmə Alman mətbuatında manşetlərə səbəb olsa da, Qətərdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Ştaynmayer dünənki səfərindən sonra ölkəni tərk edib.

Almaniyanın "Der Spiegel" jurnalı: "Ştaynmayer Qətərə səfəri zamanı xəyal etdiyi şey bu deyildi. Prezident əli qoynunda yarım saat təyyarənin qapısında gözləməli oldu", - deyə yazıb.

ABŞ-ın ən böyük qəzetlərindən biri olan “Bild” də prezidentin yarım saat gözlədildiyinə diqqət çəkərək, Ştaynmayerin hava limanında vaxt keçirə biləcəyini, bunun əvəzinə küsmüş halda təyyarənin qapısında gözləməyə üstünlük verdiyini yazıb.

Sosial mediada yazılan şərhlərdə Ştaynmayerin təyyarənin qapısında gözlədilməsini "Almaniya üçün böyük bir aşağılama" olaraq qiymətləndirilib.

Almaniya prezidenti Ştaynmayer Qəzzada minlərlə insanın ölümünə səbəb olan İsrail ordusunu: "Özünü müdafiə etdiyi üçün qınamaq olmaz", - deyə müdafiə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »