ABŞ dövlət katibi Antoni Blinken ölkə rəhbərliyi ilə görüşmək və Fələstin hakimiyyəti ilə danışıqlar aparmaq üçün İordan çayının qərb sahilinə səfər etmək üçün İsrailə gedib.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
“Dövlət katibi Antoni Blinken İsraildə və İordan çayının qərb sahilində olarkən, qalan bütün girovları azad etmək və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək barədə gələcək səyləri müzakirə etmək üçün İsrail və Fələstin rəhbərliyi ilə görüşəcək”, – deyə Millerin "X" sosial şəbəkəsində dərc olunmuş mesajında deyilir.
"Reuters"in mənbələrə istinadən verdiyi məlumata görə, siyasətçi Fələstin prezidenti Mahmud Abbasla danışıqlar aparacaq. Səfər zamanı diplomatın İsrailin Qəzza zolağının cənubuna gələcək hücumunu da müzakirə edəcəyi gözlənilir. Agentlik ABŞ administrasiyasının rəsmilərinə istinadən qeyd edir ki, Vaşinqton İsraildən cənub sektorunda döyüşlər zamanı “fələstinli mülki əhalini qorumaq və infrastruktura dəyən ziyanı məhdudlaşdırmaq üçün daha diqqətli davranmağı” tələb edir.
İsrailə səfərindən sonra Blinken BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransının 28-ci sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Qadir, Bizimyol.info