Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi dünya liderlərini İranın nüvə proqramı ilə bağlı dialoqu bərpa etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.
Nəşrin məlumatına görə, MAQATE-nin baş direktoru dünya güclərini İranla danışıqları bərpa etməyə və zənginləşdirilmiş uran ehtiyatlarının toplanması ilə bağlı riskləri nəzərdən qaçırmamağa çağırıb. Qəzet Qrossinin sözlərinə istinadən: "İranla dialoq sistemini yenidən yaratmaq lazımdır", - deyə yazır.
O qeyd edib ki, Tehranın nüvə proqramı ətrafında vəziyyət “çox qeyri-müəyyəndir” və o, ölkələri bir araya gəlib qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırıb.
“Nüvə sazişini Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində geri qaytarmağa çalışmaq nəticə verməyəcək. Bəziləri hələ də JCPOA adlandıra bilərik deyə düşünürlər, lakin artıq yeni yanaşma - JCPOA 2.0 və ya buna bənzər bir şey olmalıdır, çünki uyğunlaşmalı olacağıq", - deyə Qrossi qeyd edib.
Qadir, Bizimyol.info