Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mirzoyan Blinkenlə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib
Mirzoyan Blinkenlə Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ətrafında baş verənləri müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş Skopyedə (Şimali Makedoniya) ATƏT Nazirlər Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub.

Mirzoyanın vurğulayıb ki, İrəvan məlum prinsiplərə uyğun olaraq Bakıya sülh müqaviləsi layihəsi üçün təkliflər təqdim edib və əgər rəsmi Bakı razılaşarsa, bu, sülh müqaviləsi layihəsinəb dair təkliflər verib. O bildirib ki, bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə etmək mümkündür.

"Tərəflər regional proqramları, həmçinin erməni-amerikan gündəmindəki məsələləri də müzakirə ediblər. İkitərəfli və çoxtərəfli formatda əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb" - deyə məlumatda bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »