Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna NATO masasında öz yerindədir" - ABŞ dövlət katibi
"Ukrayna NATO masasında öz yerindədir" - ABŞ dövlət katibi

"Ukraynanın NATO masasında öz yeri var".

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü, noyabrın 29-da baş tutan NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində iclası zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, ABŞ-ın Ukraynaya daimi dəstək və öhdəliyə fokuslandığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ artıq Ukraynaya 77 milyard dollar yardım edib.

“Həqiqətən vurğulamağa dəyər olan başqa bir kritik məqam və bunu son iki gündə burada gördüyüm hər şey təsdiqləyir - Ukraynaya gəldikdə, ABŞ tək deyil. Alyansın xarici işlər naziri Dmitri Kuleba ilə müzakirə etdiyi bəzi problemlər var idi. Və bu, yeni Ukrayna-NATO şurasında xarici işlər nazirlərinin ilk görüşü idi. Ukraynanın NATO masasında öz yeri var”, - deyən Blinken qeyd edib ki, Kiyev bütün islahatları başa çatdırmaqda qərarlıdır.

Yardımdan danışan Blinken vurğulayıb ki, ABŞ-ın 77 milyard dollarlıq dəstəyi ilə yanaşı, Kiyev Avropa ölkələrindən də 100 milyard dollardan çox yardım alıb. “Buna görə də biz tez-tez yükü bölüşmək ehtiyacı haqqında danışırıq. Ukraynaya gəlincə, bu, göz qabağındadır: biz bunu görmüşük və görəcəyik. Ukrayna bilir ki, onun gələcəyi azad, dinamik demokratiyadır. Ukraynanın NATO və Avropa Birliyinə gedən yolu isə onun islahatlar mərhələsindən asılı olacaq”, - deyə ABŞ dövlət katibi bildirib.

“Reytinq” sosioloji qrupunun son sorğusuna əsasən, referendum keçirilsəydi, respondentlərin 78%-i Ukraynanın Avropa İttifaqına, 77%-i NATO-ya üzvlüyünə səs verəcəkdi. Respondentlərin cəmi 5%-i hərbi alyansa və Aİ-yə üzvlüyün əleyhinədir.

Bundan əvvəl məlum olmuşdu ki, NATO Ukrayna ilə bir illik islahat proqramı ilə bağlı razılığa gəlib. Alyansın baş katibi Yens Stoltenberq Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi kontekstində ukraynalıların islahatlar həyata keçirmək və cəmiyyəti modernləşdirmək əzminə heyran olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »