Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: "F-16"lar Rusiyaya qarşı müharibədə vəziyyəti dəyişəcək
Stoltenberq: "F-16"lar Rusiyaya qarşı müharibədə vəziyyəti dəyişəcək

Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq "F-16" çoxməqsədli qırıcıların döyüş meydanındakı vəziyyəti necə dəyişəcəyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə baş katib Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə xarici işlər nazirləri səviyyəsində Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Eyni zamanda o, Danimarka, Hollandiya və Norveçin "F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi qərarını və ukraynalı pilotlarla təlimlərin artıq başladığını alqışlayıb.

Baş katib xatırladıb ki, bir neçə həftə əvvəl Rumıniyada ukraynalı pilotların hazırlanması mərkəzi yaradılıb və ABŞ müttəfiqlərə Ukraynaya təyyarələr çatdırmağa icazə verib: "Mən sizə dəqiq tarixi deyə bilmərəm, amma ümid edirəm ki, transfer mümkün qədər tez başlayacaq", - deyə Stoltenberq bildirib.

O, təyyarələrin artıq hazır olduğunu, lakin pilotların öyrədilməsinə ehtiyac olduğunu vurğulayıb.

Yens Stoltenberq Yens Stoltenberq

“Əsas odur ki, əlbəttə, "F-16" müharibədə bölgəsindəki mövcud vəziyyəti dəyişəcək. Onlar Ukraynanın Rusiya işğalçı qüvvələrinə itki vermək qabiliyyətini gücləndirəcək. "F-16"lar həmçinin Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyə kömək edəcək”, - deyə baş katib qeyd edib.

Onun fikrincə, eyni zamanda başa düşmək lazımdır ki, döyüş meydanında vəziyyəti kökündən dəyişdirən heç bir “gümüş güllə” (sehrli vasitə) və ya vahid sistem yoxdur:  “Rusları geri çəkilməyə məcbur etmək üçün eyni vaxtda birlikdə işləmək çoxlu müxtəlif imkanlar yaratmaq lazımdır. Biz uzun və çətin mübarizəyə hazır olmalıyıq. Mən qabaqcıl döyüş tanklarının, Himarların, qanadlı raketlərin və qabaqcıl hava hücumundan müdafiə sistemlərinin, həmçinin "F-16"ların tədarükünü alqışlayıram, lakin döyüş meydanında vəziyyəti kökündən dəyişdirəcək heç bir "gümüş güllə" və ya vahid sistem yoxdur", - deyə  Stoltenberq bildirib.

O qeyd edib ki, keçən həftə NATO üzvü olan 20 ölkə Ukrayna üçün hava hücumundan müdafiə koalisiyası yaratmağa razılaşıb: “Bu, Ukrayna Silahlı Qüvvələrini və şəhərlərini qorumağa, habelə ukraynalıların həyatını xilas etməyə kömək edəcək. İndi biz NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çeviririk, Ukraynaya Sovet dövründən qalma silahlardan istifadə edənukraynalı hərbi qüvvələrini bizim NATO standartlarınan tam uyğunlaşdırmaq üçün kömək edirik”, - deyə baş katib qeyd edib.

Ölkə mətbuatı xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat qeyd edib ki, Ukrayna ərazilərinin işğalı zamanı uğurun açarı hava üstünlüyüdür. İqnat vurğulayıb ki, Ukrayna hava üstünlüyü olmadan quruda uğurlu işğaldan azad etmə əməliyyatları apara bilməyəcək. Onun fikrincə, Ukrayna ordusuna 150-yə yaxın "F-16" qırıcısı lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »